...

VARDAN OSKANYAN AMERİKALI VASİTƏÇİ VƏ AVROPANIN XARİCİ ƏLAQƏLƏR ÜZRƏ KOMİSSARI İLƏ QARABAĞ PROBLEMİNİ MÜZAKİRƏ EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2005 14:45 (UTC +04:00)

(Mediamaks) - Ermənistan xarici işlər naziri Vardan Oskanyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənnlə işgüzar görüş keçirib.

Bu gün XİN-nin mətbuat xidmətində bildirilib ki, BMT Baş Assambleyasının 60-cı sessiyasında iştirak edən Vardan Oskanyan həmçinin Avropa xarici siyasət və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə Komissiyasının üzvü Benita Ferrero-Valdner /Benita Ferrero-Waldner/ ilə görüşüb. Görüşdə Ermənistan XİN başçısı Qarabağ probleminin nizama salınmasının gedişini qısa olaraq diqqətə çatdırıb.

Ermənistan XİN başçısı həm də Kipr və Misirin xarici işlər nazirləri - Georgi Yakov /George Iacovou/ və Əhməd Əbul Qeyt /Ahmed Aboul Gheit/ ilə görüşüb. Vardan Oskanyan Ermənistan prezidenti Robert Köçəryanın Hüsni Mübarəkə onun yenidən Misirin prezidenti seçilməsi münasibətilə təbrik məktubunu öz misirli həmkarına verib.

Xəbər lenti

Xəbər lenti