...

AZƏRBAYCANIN VƏ ERMƏNİSTANIN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2005 18:44 (UTC +04:00)

Oktyabrın 5-də Strasburqda Avorpa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın bu qurumdakı nümayəndə heyətlərinin görüşü olub. Trend in məlumatına görüş AŞPA-nın Qarabağ üzrə Alt Komitəsinin rəhbəri lord Rassel Consonun iştirakı ilə keçib.

Qapalı şəkildə keçirilən görüşdə ölkəmizi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və üzvü Asim Mollazadə təmsil ediblər. Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşündə AŞPA-nın Qarabağa dair Alt Komitəsinin dekabrda keçirilməsi planlaşdırılan üçüncü iclasına hazırlıq məsələləri müzakirə olunub.

Müzakirələrdən sonra Qarabağa dair alt Komitənin iclasının gündəliyi təsdiq edilib. Bundan əlavə Qarabağ üzrə alt Komitənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair səylərinin artırılması yolları da araşdırılıb.

Xəbər lenti

Xəbər lenti