Ermənistan-Azərbaycan münaqişə zonasının təmas xəttində növbəti monitorinqin tarixi müəyyən edilməyib. Bu barədə Trend ə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sahə köməkçisi İmre Palatinus məlumat verib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Ancey Kaspşik Avropada işgüzar səfərdədir və o, ATƏT XİN başçıları Şurasının 13-cü Lyublyana toplantısında iştirak edib. Toplantı çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistanla Azərbaycanın xarici işlər nazirləri arasında məsləhətləşmələr aparılıb.
İ.Palatinus bildirib ki, növbəti monitorinqin tarixi və yeri yaxın günlərdə müəyyən ediləcək.