...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2006 11:17 (UTC +04:00)

Martın 24 və 25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi təkrar pozub. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Martın 24-də saat 23.15-dən 23.20-dək Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəklikdə yerləşən mövqeləri, martın 25-də saat 05.00-dan 05.30-dək isə Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin yaxınlığında yerləşən mövqeləri düşmən tərəfindən avtomatlardan atəşə tutulub.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti