Aprelin 7-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəsi təkrar pozub. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Rspublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Saat 15.00-dən 15.10-dək Ermənistan Respublikası Krasnoselsk rayonunun ərazisindəki Laqziyal dağında yerləşən düşmən mövqelərindən Azərbaycyan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı üzbəüz mövqeləri, saat 19.10-dan 19.15-dək isə Qazax rayonunun işğal olunmuş Bağanıs Ayrım kəndinin 0,5 km. şimalında yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.
Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.