...

Ermənistan prezidenti Dağlıq Qarabağ nizamlamasının fəallaşması ilə İran ətrafındakı vəziyyət arasında əlaqəni hiss etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2006 19:01 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan bu gün Yerevanda "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin fəallaşması ilə İran ətrafında vəziyyət arasında əlaqəni hiss etmədiyini" bəyan edib.

Trend in Mediamaks agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti bu barədə Yerevanda rəsmi səfərdə olan Litva prezidenti Valdas Adamkusla birgə brifinqdə litvalı jurnalistin sualını cavablandırarkən bildirib.

Robert Köçəryan bəyan edib ki, " nizamlanma prosesində ABŞ tərəfdən hər hansı əlavə təzyiqlə qarşılaşmır ". Ermənistan prezidenti ATƏT-in amerikalı, fransalı və rusiyalı həmsədrlərinin "vahid mövqedən çıxış etdiklərini və əlaqəli işlədiklərini" qeyd edib.

Xəbər lenti

Xəbər lenti