...

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttinin bir neçə istiqamətində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2006 12:40 (UTC +04:00)

Aprelin 25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttinin bir neçə istiqamətində atəşkəsi pozub. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 20.10-dan 20.15-dək Qazax rayonunun Məzəmli kəndinin cənubunda yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri, saat 20.35-dən 20.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Kayan kəndinin 0,6 km şimal-şərqində yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqeləri, saat 20.50-dən 20.55-dək İcevan rayonu ərazisindəki Saraqtiqaş dağında yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi yaxınğılındakı mövqeləri, saat 21.00-dan 21.05-dək İcevan rayonunun Berkaber kəndinin 0,6 km. şimal-şərqində yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı kəndi yaxınlığındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti