...

Oqtay Əsədov: Azərbaycan öz ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2006 11:42 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, mayın 5-də Milli Məclisin spikeri Oqtay Əsədov ATƏT sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkeri qəbul edib.

Söhbət zamanı spiker qeyd edib ki, Azərbaycan regionda təhdükəsizliyin təmin olunması və münaqişələrin həllində mühüm rol oynayan ATƏT-lə əməkdaşlıqda maraqlıdır.

"Bitz ümid edirik ki, belə səviyyəli görüşlər ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək, həmçinin, münaqişələrin həllinə müsbət təsir göstərəcək", - deyə O.Əsədov qeyd edib.

Spiker Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin sarsılmazlığını bir daha vurğulayıb. "Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında həll olunmalıdır".

"Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq", - deyə o bəyan edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.

Q.Lenmarker Azərbaycanın iqtisadi inkişaf tempindən məmnunluğunu bildirib.

Xəbər lenti

Xəbər lenti