...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan XİN-də görüş keçiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2006 14:43 (UTC +04:00)

Mayın 24-də Bakıda ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Stiven Mənn (ABŞ) Azərbaycan XİN-nin rəhbərliyi ilə görüş keçiriblər. Trend in verdiyi məlumata görə, görüş saat yarım davam edib və onun yekunları ilə bağlı heç bir bəyanat verilməyib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, görüşdə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin, Fransanın xarici işlər nazirinin müavini və ABŞ dövlət katibinin köməkçisi Deniel Frid də iştirak edib.

Bu gün eləcə də Azərbaycan prezidenti İlham Əliyevlə görüş də nəzərdə tutulub. Görüşdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yaranmış vəziyyətlə bağlı birgə bəyanat veriləcək.

Xəbər lenti

Xəbər lenti