...

AŞPA-nın 40 üzvü Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma haqqında qətnamə layihəsinin hazırlanmasını dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2006 17:07 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz məskunlaşma faktları barədə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) qətnamə layihəsinin hazırlanması üzrə tövsiyələr Assambleyanın 40 üzvünün imzası ilə AŞPA rəhbərliyinə təqdim olunub. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

"Yaxın günlərdə AŞPA bu məsələ üzrə rəsmi mövqeyini birmənalı şəkildə bildirəcək. Bizim üçün ən əsası Assambleyanın mövqeyinin hansı şəkildə ifadə olunmasıdır", - deyə parlament üzvü qeyd edib və bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA rəhbərliyinə bu məsələ üzrə tam məlumat veriblər.

"Bizdə Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik xəritəsinin dəyişilməsi üzrə Ermənistanın qanunsuz siyasətini ifşa edən kifayət sayda fakt və sənədlər var", -deyə Q.Paşayeva qeyd edib və AŞPA-da Azərbaycanın mövqeyinin yüksək səviyyədə dəstəklənməsindən məmnunluğunu bildirib.

Xəbər lenti

Xəbər lenti