...

"Səkkizlik" Ermənistan və Azərbaycanı siyasi iradə göstərməyə və 2006-cı ildə razılaşma əldə etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2006 16:00 (UTC +04:00)

"Səkkizlik" Ermənistan və Azərbaycanı siyasi iradə göstərməyə və artıq 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşma əldə etməyə çağırıb.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə "Səkkizlik Qrupu" sədrinin bəyanatında deyilir.

"Görüş zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələ qaldırılıb", - deyə sənəddə deyilir. "Biz təsdiqlədik ki, "Səkkizlik Qrupu" ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyir və artıq 2006-cı ildə münaqişənin sülh yolu ilə nizamlanması üzrə əsas prinsiplərin tezliklə razılaşdırılması zəruriliyini vurğuladıq", - deyə sənəddə qeyd olunub.

"Biz Azərbaycan və Ermənistanı siyasi iradə göstərməyə, razılaşma əldə etməyə və öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq", - deyə sədrin bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti