...

Minsk Qrupunun amerkialı həmsədri Metyu Brayza regiona səfərə başlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2006 17:38 (UTC +04:00)

ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza bu günlərdə Dağlıq Qarabağ regionuna ATƏT Minsk Qrupunun həmsədri qismində ilk səfərinə başlayır. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henik bildirib.

Onun sözlərinə görə, M.Brayza iyulun sonunda regiona səfərə başlayacaq. O, İrəvan, Xankəndi və Bakıda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yollaranı müzakirə edəcək. Keçirilmiş görüşlərin nəticələri isə Minsk Qrupunun Rusiya və Fransandan olan digər həmsədrlərinə təqdim olunacaq.

Əvvəllər erməni KİV-i xəbər verirdi ki, amerikalı həmsədrin Dağlıq Qarabağa səfəri iyulun 28-29-na təyin olunub. Azərbaycan xarici işlər naziri isə bildirib ki, M.Brayza regiona iyulun 31-avqustun 1-də səfər etmək niyyətindədir.

C.Henik qeyd edib ki, M.Brayzanın regiona səfərinin dəqiq müddəti təhlükəsizlik baxımından açıqlanmır.

Xəbər lenti

Xəbər lenti