...

İlin əvvəllindən Ermənistan Silahlı Qüvvələri 70 dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2006 16:29 (UTC +04:00)

Cari ilin yanvar-avqust ayları ərzində cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən 70-dək atəşkəsi pozma halı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

"Bu müddət ərzində Azərbaycanın mövqeləri Ermənistan Silahlı Qüvvələrinin hərbi bölmələri tərəfindən avtomat və pulemyotlardan atəşə tutulub. Qeyd olunan müddətdə atəşkəs əsasən Qazax rayonu istiqamətində pozulurdusa, hazırda Tərtər istiqamətində pozulur" - deyə İ.Verdiyev söyləyib.

Mətbuat xidmətindən qeyd olunan dövrdə atəşkəsin pozulması nəticəsində həlak olmuş əsgərlərin sayı ilə bağlı açıqlama verilməyib.

Xəbər lenti

Xəbər lenti