...

Banqladeş Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2006 14:29 (UTC +04:00)

Banqladeş Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və Azərbaycanın tarixi ərazilərinin işğal olunmasına qarşı çıxış edir. Trend xəbər verir ki, bu barədə həmin ölkənin turizm naziri Mirzə Fəxrul İslam Alamgir (Mirza Fakhrul İslam Alamgir) Bakıda jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, bu məsələdə Banqladeş daim Azərbaycanın yanındadır və bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Nazir qeyd edib ki, o, bu məsələ üzrə İslam Konfransı Təşkilatı (İKT) turizm nazirlərinin Bakı konfransında bu gün qəbul olunacaq yekun sənədə daxil edilmiş müvafiq bəndləri tam dəstəkləyəcək.

"Biz istənilən islam dövlətinə qarşı təcavüzkarlıq və terror siyasətini dəstəkləmirik", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti