...

Patu Davitaya: Separatizmə yanaşma sərt olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2006 14:25 (UTC +04:00)

Separatizm mütəşəkkil cinayətkarlığın ən yüksək formasıdır və onunla mübarizə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə eyni səviyyədə aparılmalıdır. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 30-da Bakıda jurnalistlərə tanınmış gürcü politoloqu, hüquqşünas professor Patu Davitaya Rusiya XİN nəzdində Rusiya Xarici Mərkəzi, MEA İnsan Haqları İnstitutu və Avropa Forumu tərəfindən təşkil olunmuş "Separatizmsiz və separatçılarsız Qafqaz" mövzusuna həsr olunmuş "dəyirmi masa"da iştirakı çərçivəsində bəyan edib.

Politoloq hesab edir ki, Abxaziyada, Dağlıq Qarabağda, Tsxinvali regionunda bəşəriyyətə qarşı cinayət törətmiş şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir. "Bu, problemin əsas həllidir", - deyə o bildirib.

Separatizmə yanaşma sərt və hüquqi olmalıdır", - deyə T.Davitaya vurğulayıb.

Xəbər lenti

Xəbər lenti