...

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2006 12:24 (UTC +04:00)

Oktyabrın 16-da cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs təkrarən pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 23.20-dən saat 23.35-dək Ağdam rayonunun işğal olunmuş Sarıçalı kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan atəşə tutublar.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti