...

Fransa və Azərbaycan XİN başçıları Parisdə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2006 12:55 (UTC +04:00)

Fransa və Azərbaycanın xarici işlər naziri Filipp Dust-Blazi və Elmar Məmmədyarov Parisdə müzakirələr aparmaq niyyətindədir. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşün oktyabrın 23-də, Ermənistan və Azərbaycan XİN başçılarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Fransa XİN-də aparacağı növbəti danışıqlar ərəfəsində keçirilməsi planlaşdırılır. E.Məmmədyarov və Filipp Dust-Blazi həm danışıq prosesi, həm də ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələləri, beynəlxalq problemləri müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, oktyabrın 24-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılacaq danışıqlarda ATƏT-in Minsk qrupu həmsədrləri (ABŞ, Fransa, Rusiya), o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti