...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2006 16:13 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan Gülçülük sovxozu adlanan ərazidən axşam saat 21:10 radələrindən başlayaraq Milli Ordumuzun üzbəüz mövqelərini və Çıraqlı kəndini avtomat silahlardan yarım saata yaxın atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, ölən və yaralanan yoxdur.

Erməni ordusunun bölmələri ötən gün Tərtər rayonunun Həsənqaya kəndində otlaq sahəsində otlayan mal-qaranı da atəşə tutub. Nəticədə 2 at, 3 baş qoyun və bir baş inək öldürülüb.

Qeyd edək ki, kənd sakinlərinin əsas qazancı heyvandarlıq və əkin-biçindən olsa da, erməni hərbi birləşmələri əkin sahəsində işləyən adamları atəşə tutur, əkin-biçinlə məşğul olmağa imkan vermir. Kənd sakinləri bildirirlər ki, Ermənistan ordusu artıq bir neçə dəfədir ki, mal-qaranı atəşə tutaraq öldürüb.

Xəbər lenti

Xəbər lenti