...

Deputat Zahid Oruc: "Rusiya Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2007 14:51 (UTC +04:00)

"Rusiya Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməlidir". Trend in məlumatına görə, bu fikri yanvarın 12-də keçirilən Xocalı soyqırımına həsr olunmuş dəyirmi masada millət vəkili Zahid Oruc səsləndirib.

O qeyd edib ki, Xocalı soyqırımına Dağlıq Qarabağ probleminin tərkib hissəsi kimi baxmaq lazımdır. Z.Orucun fikrincə, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsində ədalətli mövqeyinə nail olunmayana qədər Xocalı soyqırımının törədilməsinin dünyada hüquqi, siyasi qiymətini alması çətindir: "Amerika İraqda törədilən qeyri-insani hadisələrə görə İraq xalqından üzr istədi. Sovet ordusunun 366-cı alayının vasitəsilə Xocalıda törədilmiş soyqırıma görə Rusiya Azərbaycan xalqından üzr istəməlidir. Rus kəşviyyat qruplarının əli ilə Qarabağda iki xalq bir-birinə qarşı qoyulub. Belə havadarların köməkliyi ilə ermənilər hər zaman əvvəlcə saxta tarix yazıblar, sonra təzminat, daha sonra torpaq tələb ediblər"-deyə millət vəkili vurğulayıb.

Z.Oruc onu da deyib ki, Azərbaycan parlamenti Xocalı soyqırımını tanıyıb və bu məsələdən bir sıra qüvvələr hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etməməlidirlər.

Xəbər lenti

Xəbər lenti