...

Ermənistan prezidenti ATƏT Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2007 15:26 (UTC +04:00)

Ermənistan prezidenti Robert Koçaryan cümə günü Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin müşayiəti ilə ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayzanı (ABŞ) qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısının mətbuat xidmətindən "ARKA" agentliyinə verilən məlumata görə, görüş zamanı həmsöhbətlər Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırki mərhələsini müzakirə edib, eləcə də nizamlanmanın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

ATƏT Minsk qrupunun həmsədrləri regional səfər çərçivəsində bir gün əvvəl Xankəndindən Yerevana gəliblər.

Xəbər lenti

Xəbər lenti