...

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi qərargahla bağlı Dövlət Əmlak Komitəsi ilə danışıqlar aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2007 16:01 (UTC +04:00)

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahla təmin olunması üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Bu barədə Trend ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, eyniadlı İctimai Birliyin həmtəsisçisi Nizami Bəhmənov məlumat verib.

O, bildirib ki, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi bir neçə ay əvvəl Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Bu qurumda Dağlıq Qarabağı əhatə edən bütün rayonların - Xocalı, Xocavənd, Xankəndi, Şuşa, Ağdərədən olan şəxslər, mütəxəssislər toplanıb. N.Bəhmənov qeyd edib ki, Dağlıq Qarabağın erməni işğalından əvvəlki və sonrakı vəziyyətini əks etdirən əyani vəsaitləri ölkəmizə gələn beynəlxalq qurumların, xarici dövlətlərin nümayəndələrinə nümayiş etdirmək üçün İctimai Birliyin müvafiq qərargahla təmin olunması lazımdır. Buna görə də İctimai Birliyin təsisçiləri prezident İlham Əliyevə müraciət ediblər.

"Prezident bu məsələyə dair razılığını bildirib və biz hazırda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə yer məsələsini müzakirə edirik. Hər hansı görüşlərdə, beynəlxalq konfranslarda, həmçinin sülh danışıqları prosesində Dağlıq Qarabağın erməni icması iştirak edəcəksə, orada mütləq biz də təmsil olunacağıq. Biz Azərbaycan dövləti qarşısında heç bir məsələ qaldırmırıq, bu, ictimai təşkilatdır və Qarabağla bağlı gedən ictimai, siyasi proseslərdə fəal iştirak edir. Azərbaycanlı icma prezident İlham Əliyevin Qarabağa dair yürütdüyü siyasəti tam dəstəkləyir"-deyə N.Bəhmənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti