...

Erməni hərbi birləşmələri Ağdam istiqamətində atəşkəsi yenidən pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Son günlər qoşunların təmas xəttində atəşkəsi pozmaqda fəallığını artıran Ermənistan Silahlı Qüvvəlləri atəşkəs rejimini yenidən pozub. Erməni hərbi birləşmələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən axşam saat 19:10 radələrindən başlayaraq 20 dəqiqə ərzində və 23:00 radələrindən bir saat ərzində qısa fasilələrlə Azərbaycan Silahlı Qüvvə lərinin üzbəüz mövqelərini və Çıraqlı kəndini atəşə tutub. Ölən və yaralanan yoxdur.

Xəbər lenti

Xəbər lenti