...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoekoloji Monitorinq Mərkəzinin direktoru: "Metsamor AES-in tullantıları Azərbaycanın işğal altında olan ərazilərində basdırılır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2007 11:02 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoekoloji Monitorinq Mərkəzinin direktoru: "Metsamor AES-in tullantıları Azərbaycanın işğal altında olan ərazilərində basdırılır"

Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynli/ Ermənistanda fəaliyyət göstərən "Metsamor" Atom Elektrik Stansiyasının tullantıları çox güman ki, Azərbaycanın işğal altında olan ərazilərində basdırılır. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev Trend ə eksklüziv müsahibəsində bildirib ki, Cənubi Qafqazda ən real təhlükə mənbəyi Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-dir. Onun sözlərinə görə, "Metsamor" AES-i texnoloji cəhətdən müasir AES-lər kateqoriyasına daxil deyil və burada texnoloji qəzaların baş vermə ehtimalı yüksəkdir. Eyni zamanda regionda baş verə biləcək təbii fəlakətlər də (zəlzələr və seysmik proseslər) regionda katostrafik nəticələrə səbəb ola bilər. Digər tərəfdən "Metsamor" AES-in istehsal tullantılarının ləğv edilməsi üçün əlverişli poliqonun olmaması da regionun ekologiyası və insan həyatı üçün ciddi təhlükələr yaradır. Ən əsası isə AES-in inşası seysmik dayanıqlı tikinti normativləri ilə uzlaşmır və ümumiyyətlə, regionun geoloji-tektolonik quruluşu və seysmoloji şəraiti nəzərə alınmayaraq AES-in yeri faktik olaraq yanlış seçilib. Seysmostatistik analizə görə, tarixi dövr ərzində indiki Ermənistan ərazisində dəfələrlə iri şəhərlərin və yaşayış məntəqələrinin tamamilə məhvinə səbəb olan (insan təlafatı 500 mindən artıq) dağıdıcı və katastrofik zəlzələlər baş verib (735-ci il Başarkeçər bölgəsi 10 bal - 10 min insan öümü, 854, 869, 893-cü illər İrəvan bölgəsi 10 bal - 224 min təlafat, 1679-cu il Qarni 9 bal - 10 min ölüm, 1827-ci il Çaxkadzor 9 bal, 1840-cı il Alagöz 10 bal - 2 min insan ölümü, 1926-cı il Gümrü 8,5 bal - 350 insan, 1988-ci il Hamamlı (Spitak) 10 bal - 25-50 min erməni ölüm). Ə.Əliyev hesab edir ki, seysmoaktivliyi ilə seçilən bu regionda müasir tələblərə cavab verməyən AES-in fəaliyyəti yolverilməzdir. 7 ballıq zona kimi qiymətləndirilən Razdan bölgəzi faktiki olaraq 9 ballıq zona kimi dəyərləndirilməlidir. Bu isə AES-in inşasında nəzərə alınmayıb. Spitak zəlzələsindən sonra erməni mütəxəssislərinin tərtib etdikləri yeni seysmik rayonlaşdırma xəritəsində "Metsamor" AES-i 8-9 ballıq zonaya aid edilib. AES-in tikintisi zamanı isə bu rayon 7-8 ballıq zəlzələlərə nəzərdə tutulub. Əgər tikinti zamanı layihə üzrə buraxıla biləcək xətalar da nəzərə alınsa, bu gün AES 8-9 ballıq zəlzələlərə davam gətirə bilməz. Ə.Əliyevin sözlərinə görə, daha mühüm problemlərdən biri isə AES-nin istehsalat tullantılarının ləğv edilməsidir. Çünki Metsamor AES-in atom istehsalat tullantıları son dərəcə ciddi şəkildə ləğv edilmir: "Əvvəllər bu tullantıların ləğv edilməsi sovet imperiyasının şimal bölgələrində xüsusi radioaktiv məzarlıqlarda həyata keçirilib. İndi isə bu, mümkün olmadığından və böyük xərclər tələb edildiyindən, Ermənistan tullantıları nizamsız və əlverişsiz şəkildə həyata keçirir. Çox güman ki, tullantıların daha çox işğal altında olan Azərbaycan ərazilərində basdırılması bölgənin ekoloji şəraitinə katostrafik ziyan vurur. Çünki basdırılma texnologiyasının tələblərinə əməl edilmir. Bütün bunlarla yanaşı AES-in yeraltı və yerüstü sulara, habelə Xəzər hövzəsi hidrosferaya vurduğu ziyanın region ölkələrinin hər biri üçün doğurduğu təhlükə regional xarakter daşıyır". Ə.Əliyev bildirib ki, AES yalnız yaxın ərazilərə deyil, eyni zamanda bütün Xəzəryanı dövlətlər, Gürcüstan və Türkiyə üçün fəlakətlər doğuran mənbədir. Ə.Əliyev Metsamor AES-in törədə biləcəyi fəlakətin Çernobl qəzasının nəticələrindən 10 dəfələrlə yüksək olduğunu da deyib.

Xəbər lenti

Xəbər lenti