...

Azərbaycanın XİN rəhbəri: "Rusiya Dağlıq Qarabağla bağlı danışıqlarda konstruktiv rol oynayır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2007 15:12 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri: "Rusiya Dağlıq Qarabağla bağlı danışıqlarda konstruktiv rol oynayır"

Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi danışıqlarında Rusiya "konstruktiv rol" oynayır. Bu barədə fikri çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda Con Hopkins Universiteti yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunda çıxışı zaamanı bildirib.

"ATƏT-in Minsk Qrupunun həmsədrlərilə danışıqlardakı təcrübəmə əsaslanaraq deyə bilərəm ki, rusiyalı həmsədr çox konstruktiv rol oynayır",-deyə XİN başçısı bildirib. "Cenevrədə nazirlər səviyyəsində keçirilən görüşə qədər Moskvada da görüş olmuşdu. "Rusiyanın mövqeyi, bunu xarici işlər naziri Lavrovla söhbətim də təsdiqlədi, bizim irəli hərəkət etmək lazımdır mövqeyimizlə üst-üstə düşür. Mən Rusiyanın rolunu müsbət qiymətləndirirəm",-deyə nazir vurğulayıb.

Elmar Məmmədyarovun da qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasət kursunun həyata keçirilməsində "Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasından daha vacib məsələ yoxdur". "Dağlıq Qarabağ hər iki ölkənin əhalisi üçün çox həssas məsələdir. Danışıqların aparıldığı bu 15 il ərzində biz bir neçə dəfə məsələnin həllinə yaxın olmuşuq. Ancaq son anda sülhün əldə olunmasına mane olacaq hadisələr baş verir. Şəxsən mən hesab edirəm ki, indi münaqişənin həll olunması üçün çox münasib zamandır. Biz bunu addım-addım etməliyik, iki millət arasınada inama doğru irəliləməliyik.

İTAR-TASS xəbər verir ki, nazirin sözlərinə görə Bakıda, məsələnin tez həll olunmasının Ermənistanın maraqlarına-milli təhlükəsizliyinə cavab verdiyini hesab edirlər. "Aydındır ki, siyasi qərar qəbul olunmalıdır ki, məsələnin addım-addım həll olunması tərəflər arasında inamı gücləndirsin, iqtisadi əməkdaşlıq yaransın, silahlı qüvvələr çıxarılsın və beynəlxalq sülhməramlılar yerləşdirilsin. Bu reallıqdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez başa düşsə həm ermənilərə, həm də region üçün də bir o qədər yaxşıdır. Hələ ki biz məslənin həlli prinsipləri üzərində işləyirik. Çox iş görülüb, lakin qarşıda daha çox iş var. Gələcəyə baxmaq lazımdır",-deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti