...

Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş konfrans keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətliamlar türk dünyasına qarşı yönəlmiş silsilə soyqırımların bir mərhələsidir. Bu fikirlər Azəri-Türk Qadınları Birliyinin təşəbbüsü ilə martın 27-də Bakıda keçirilən 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş konfransda səsləndirilib.

Türkiyənin, Şimali Kipr Türk Cümhuriyyətinin, Azərbaycanın millət vəkillərinin, tarixçi alimlərin, araşdırmaçıların, dərnəklər və elmi araşdırma mərkəzləri rəhbərlərinin iştirak etdiyi konfransda türk xalqlarının ortaq tarixi, faciələri, son 200 ildə erməni-rus işğalçıları tərəfindən məruz qaldığı soyqırımlar barədə danışılıb.

Jurnalist Sevil Nuriyevanın 1918-ci ildə Türk ordusunun Azərbaycandakı qələbəsinə həsr etdiyi filmi nümayiş olunub. Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bildirib ki, şanlı türk ordusunun 1918-ci ildə Azərbaycanı işğaldan xilas etməsi bu gün də azərbaycanlılara ümid verir. Səfirin görüşdüyü məcburi köçkünlər türk ordusunun onları xilas etməsini istəyirlər: "Mən hesab edirəm ki, Azərbaycanın hər bir yerinin öz nuri paşaları yetişməlidir, o zaman Qarabağ problemi də həll olunacaq"-deyə səfir qeyd edib.

Professor, millət vəkili Fəzail İbrahimli 1918-ci ilin martında azərbaycanlıların soyqırımı ilə bağlı məruzə edib, o dövrdə baş verənlərin səbəbləri, nəticələri haqda danışıb.

Xəbər lenti

Xəbər lenti