...

Amerikalı həmsədr Azərbaycana səbir göstərməyi məsləhət görür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2007 21:13 (UTC +04:00)
Amerikalı həmsədr Azərbaycana səbir göstərməyi məsləhət görür

Gürcüstan, Tiflis/ Trend N.Kirtsxalia/ ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayza Azərbaycana Ermənistanda parlament seçkiləri keçirilənədək səbir etməyi məsləhət görür. Bu gün Tiflisdə Brayzanın bildirdiyinə görə, Azərbaycan səbir nümayiş etdirməli və Ermənistan tərəfinə parlament seçkilərini keçirmək üçün vaxt verməlidir.

Onun sözlərinə görə, ancaq Ermənistanda parlament seçkiləri keçirildikdən sonra danışıqlar prosesində fəallaşma gözləmək olar.

Bununla yanaşı o qeyd edib ki, Ermənistan tərəfi "parlament seçkiləri bitdikdən sonra danışıqlar prosesini daha intensiv davam etdirəcəyinə" hazırlığını nümayiş etdirməlidir.

Amerikalı diplomat bildirib ki, hər iki dövlətin danışıqlar aparmaq istəyi mövcuddur. "Bakıya səfərim zamanı mən hiss etdim ki, Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarov danışıqları davam etdiurməyə hazırdırlar. Bu, həmçinin Ermənistanda da hiss olunurdu", - deyə Brayza bildirib.

Amerikalı həmsədr hər iki münaqişə tərəfinin danışıqlar prosesinə çıxarmaq istədiyi xırda detallar olduğunu söyləyib. "Mən indi danışıqlar prosesinin müzakirəsinə keçmək istəmirəm, çünki bu, danışıqlara mane ola bilər",-deyə Brayza bəyan edib.

Xəbər lenti

Xəbər lenti