...

Millət vəkili: "Azərbaycanlıların soyqırımına dair arxiv sənədləri əsasında beynəlxalq məhkəmədə iddia qaldırılmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 1918-ci ildə azərbaycanlıların kütləvi soyqırımına dair Azərbaycan arxivlərində olan sənədlər ümumiləşdirilərək beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır. Bu fikirləri tarixçi alim, millət vəkili Cəmil Həsənli bildirib.

O qeyd edib ki, 1918-ci il qırğınlarına dair Azərbaycan arxivlərində olan sənədlər

çox tutarlı, güclü dəlillərdir. Bu sənədlər hüquqşünas rəyindən keçirildikdən sonra beynəlxalq məhkəməyə, Hərbi Tribunala müraciət etmək mümkündür. Professor Həsənli hesab edir ki, bu iş sistemli şəkildə tarixçilərin, hüquqşünasların, hərbçilərin, psixoloqların birgə iştirakı ilə həyata keçirilməli və ümumiləşdirilmiş bir iddia hazırlanmalıdır.

Millət vəkili onu da deyib ki, 31 martın Soyqırım günü elan edilməsinə dair 1998-ci ildə prezident tərəfindən imzalanmış fərmanın bəzi müddəaları yerinə yetirilmir. Məsələn, fərmandan doqquz il keçməsinə baxmayaraq, hələ də 1918-ci il mart soyqırımına aid abidə qoyulmur.

Xəbər lenti

Xəbər lenti