...

Azərbaycan ərazisinin 1,2 mln. kv.metri minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ 2007-ci ilin martında Azərbaycan ərazilərinin 1 249 801 kv.metri minalardan təmizlənib. Çərşənbə günü Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu dövr ərzində 27 min mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib. Təmizləmə əməliyyatlarına 22 minaaxtaran it, 156 sapyor, 15 PHS operatoru, 8 təcili yardım həkimi və 100-ə yaxın əlavə işçi cəlb olunub.

2001-ci ildən etibarən ANAMA-nın fəaliyyəti dövründə 46,5 mln kv.metr ərazi təmizlənib. Zərəsizləşdirilmiş mina və partlamamış hərbi sursatın sayı 167 000 ədəd olub. 86 partlayış nəticəsində 53 nəfər həlak olub. 122 nəfər müxtəlif xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti