...

Dünya Azərbaycanlılarının Beynəlxalq Qarabağ Forumu Şuşanın "yenidən qurulması" cəhdlərini pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlılarının Beynəlxalq Qarabağ Forumu Azərbaycanın işğal edilmiş Şuşa şəhərinin ermənilər tərəfindən yenidən qurulması üçün "baş planın" hazırlanması və bu qanunsuz hərəkətlərə Amerika şirkətlərinin də cəlb olunması faktını pilsəyərək buna etiraz bəyanatı yayıb. Çərşənbə günü yayılan bəyanatda bildirilir ki, Şuşanın işğal yoluyla azərbaycanlılardan alınmasının 15-ci ildönümü ilə əlaqədar separatçılar bu şəhərin yenidən qurulmasına hazırlaşırlar.

"Özünü demokratiyanın və qanunçuluğun vətəni kimi qələmə verən ABŞ öz şirkətlərinin beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmasını təmin etməlidir. İşğal etdiyi ərazilərdə tarixi abidələri, qədim mədəniyyət nümunələrini darmadağın edən, minlərlə qədim toponimləri təhrif etməklə tarixi saxtalaşdırmağa çalışan Ermənistanın bu əməlləri isə vandalizm aktlarıdır"-deyə bəyanatda vurğulanır.

Beynəlxalq Qarabağ Forumu beynəlxalq birliyi, ATƏT-in Minsk qrupu həmsədrlərini erməni vəhşiliyinə reaksiya verməyə, Azərbaycan hakimiyyətini isə işğal altında olan torpaqlarımızın azad edlilməsi üçün qəti tədbirlər görməyə çağırır.

Xəbər lenti

Xəbər lenti