...

Azərbaycan prezidentinin mətbuat katibi: Ermənilər ABŞ Dövlət Departamentinin hesabatındakı dəyişikliyi qara piar məqsədilə istifadə etmək istəyirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2007 16:55 (UTC +04:00)
Azərbaycan prezidentinin mətbuat katibi: Ermənilər ABŞ Dövlət Departamentinin hesabatındakı dəyişikliyi qara piar məqsədilə istifadə etmək istəyirdi

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov erməniləri ABŞ Dövlət Departamentinin hesabatındakı dəyişikliklərdən qara piar məqsədilə istifadə etməkdə günahlandırıb. Çərşənbə günü ABŞ-ın Dövlət Departamenti Ermənistanda insan haqları üzrə hesabatının ilkin mətnini bərpa edib. "Erməni qüvvələri Azərbaycan ərazisinin Dağlıq Qarabağla həmsərhəd olan böyük hissəsini işğal edib" cümləsi "Ermənistan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib" cümləsi ilə əvəz olunub.

Qasımov çərşənbə axşamı bəyan edib ki, qara piara xidmət edən agentliklər müvafiq xəbərdarlıqlar alıb və Azərbaycan bu hadisələrlə bağlı özünün kəskin mövqeyini göstərib.

O, ABŞ-ın hesabatında təkrar dəyişikliyin edilməsi faktını müsbət qiymətləndirib. Hesabatda Vaşinqton bir daha təsdiq edib ki, Ermənistan Dağlıq Qarabağ və ona bitişik rayonları işğal etməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti