...

Qarabağ veteranları cəbhə bölgəsinə səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may/müx.TrendLife Fərid Sadıxov/ Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rəhbərliyi yaxın günlərdə cəbhə bölgəsində yerləşən bir sıra hərbi hissələrə səfər təşkil edəcək. Bu barədə TrendLife-a birliyin sədri Füzuli Rzaquliyev məlumat verib. Qeyd edək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi öz ətrafında Qarabağ döyüşlərinin iştirakçılarını birləşdirir.

F.Rzaquliyev bildirib ki, cəbhə bölgəsindəki hərbi hissələrə səfər Müdafiə Nazirliyinin razılığı ilə reallaşacaq. Onun sözlərinə görə, bu səfərlərin məqsədi gənc əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun, döyüş əzminin, özünə inam hissinin möhkəmlənməsindən ibarətdir. "Bu baxımdan gənc əsgərin döyüşlərin sınağından çıxmış veteranlarla təmasda olması mühüm əhəmiyyət kəsb edir"-deyə F.Rzaquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti