...

Dağlıq Qarabağın 7-ci beynəlxalq Moskva turist yarmarkasında təqdimatı təxirə salınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2007 18:17 (UTC +04:00)
Dağlıq Qarabağın 7-ci beynəlxalq Moskva turist yarmarkasında təqdimatı təxirə salınıb

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Dağlıq Qarabağın 7-ci Beynəlxalq Moskva turist yarmarkasında ayrıca coğrafi region kimi təqdimatı təxirə salınıb. Bu barəd Trend ə cümə günü "Qostinıy dvor" sərgi kompleksinin baş meneceri Olqa Teplyankova məlumat verib.

Dördgünlük turist yarmarkası Rusiya paytaxtında mayın 17-dən keçirilir. Azərbaycanın rəsmi pavilyonu ilə yanaşı yarmarkada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun da guşəsi təqdim olunub. Cümə günü Azərbaycan pavilyonunun təqdimatı keçirilib, şənbə gününə isə əvvəlcə Dağlıq Qarabağın müstəqil respublika kimi təqdimatı nəzərdə tutulmuşdu.

Olqa Teplyankova bildirib ki, Azərbayan tərəfinin dəfələrlə müraciəti ilə əlaqədar olaraq Dağlıq Qarabağın təqdimatı təxirə salınıb.

Moskva forumuna bir həftə qalmış Azərbaycan diaspor təşkilatları rəhbərləri (RF-də Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti və Azərbaycan Gənclərinin Koordinasiya Şurası) Moskva şəhərinin turzim üzrə Komitəsinə Dağlıq Qarabağın sərgidə nəinki "respublika" kimi, həmçinin müstəqil region kimi də təmsil olunmasına səlahiyyətinin olmaması haqqında məlumat verdiyi məktub göndərib.

Müraciətdə ötən 6-cı Moskva sərgisində (13 may 2006-cı il) bu cür addımın mənfi nəticələri xatırladılıb. Həmin sərgidə işğal olunmuş region öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunmuşdu. Sərgidə Azərbaycan diaspor təşkilatlarının fəalları "DQR" kimi adlandırılmış pavilyonun təqdim olunmasının qarşısını almağa çalışmış və bu da mübahisə və toqquşmalara səbəb olmuşdu.

Müraciətdə qeyd olunub ki, Dağlıq Qarabağ pavilyonunun olması barədə qərar mənfi nəticələr yarada bilər və buna görə də məsuliyyət Moskva şəhər turzim komitəsinin üzərinə düşəcək. Turizm komitəsi nümayəndəsi cavab telefon zəngində məlumat verib ki, bu dəfə Dağlıq Qarabağ respublika kimi təqdim olunmayacaq və stenddə heç bir dövlət atributu olmayacaq. Azərbaycan tərəfi isə diaspora təşkilatları qismində Dağlıq Qarabağ pavilyonunun tamamilə ləğv olunmasında təkid etmişlər.

Bununla yanaşı, Azərbayacan diaspor təşkilatının nümayəndələri tədbirin təşkilatçılarının bu bəyanatına şübhə ilə yanaşıb. Onlar bunu onunla əsaslandırıblar ki, tədbirin əsas təşkilatçısı - Moskva şəhər Turizm Komitəsi daha öncə bəyan etmişdi ki, Dağlıq Qarabağ paviliyonu yarmarkadan yığışdırılacaq.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in MQ-nin himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan sülh danışıqları hələ ki, heç bir nəticə vermir.

Xəbər lenti

Xəbər lenti