...

ATƏT-in Minsk qrupunun fransalı həmsədri: "Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidirlər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 13:06 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun fransalı həmsədri: "Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidirlər"

Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu barədə cümə axşamı Yerevanda ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye Yerevana səfərin yekunlarına həsr olunmuş mətbuat konfrasında bəyan edib. Bu barədə " Novosti-Armeniə " məlumat verib.

O qeyd edib ki, həmsədrlər məqbul kompromis həllin qəbulunda münaqişə tərəflərinə kömək etməyə çalışır, lakin "həmsədrlik edən üç tərəfin heç birində sehirli çubuq yoxdur - biz tərəflərə asan həll təklif edə bilmərik".

"Münaqişənin həlli prosesində irəliləyişin olması üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsi lazımdır. Biz onların əvəzinə qərar qəbul edə bilmərik. Həmsdərlərin təklifləri vacib amildir, lakin daha vacib amil var - bir-birini başa düşmək üçün hər iki tərəf kifayət qədər siyasi iradə nümayiş etdirməyə nə qədər qadirdir" - deyə Fasye vurğulayıb.

Rusiyalı həmsədr Yuri Merzlyakov öz növbəsində qeyd edib ki, həmsədrlərin fikrincə, "münaqişənin həlli üçün 90% obyektiv şərtlər var".

ATƏT-in Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrləri Bernar Fasye və Yuri Merzlyakov mayın 23-dən regional səfərlə Ermənistanda olublar. Onlar bu səfər çərçivəsində Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sarkisyan və XİN rəhbəri Vardan Oskanyanla görüş keçirib.

Cümə axşamı mayın 24-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya yola düşüb.

Xəbər lenti

Xəbər lenti