...

Anjey Kaspşik: "ATƏT Dağlıq Qarabağ probleminin həllində ümidlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ ATƏT Dağlıq Qarabağ probleminin həll olunacağına ümidlidir və bu baxımdan Minsk qrupu həmsədrləri fəaliyyətini intensivləşdirir. Bu barədə çərşənbə axşamı ATƏT-in fəaliyyətdə olan sədri Miqel Anxel Moratinosun Azərbaycana səfərini şərh edərkən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik məlumat verib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər iki tərəfin cəhdləri var.

Azərbaycanın işğal olunan ərazilərində yanğınların baş verməsi məsələsinə toxunan Kaspşik bildirib ki, onlar bu məqsədlə qoşunların təmas xətti sayılan Tərtərin Qapanlı kəndində monitorinq keçiriblər. Onun sözlərinə görə, yaxın vaxtlarda qoşunların təmas xəttinin cənub hissəsində monitorinqə başlanılacaq. Kaspşik bildirib ki, yanğınlar təbii proseslər nəticəsində və digər səbəblərdən, o cümlədən kənar qüvvələrin təsirindən baş verə bilər.

Xəbər lenti

Xəbər lenti