...

Ermənistan prezidenti ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin nikbinliyinin hansı mənbədən qaynaqlandığını bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 13:28 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan bu gün "Mediamaks" agentliyinə açıqlamasında bəyan edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin nikbinliyinin hansı mənbədən qaynaqlandığını bilmir.

Köçəryan bu sözləri Metyu Brayzanın Ermənistan və Azərbaycanın Qarabağ nizamlanmasında əhəmiyyətli irəliləyişə nail olduqları və iki ölkə prezidentlərinin Sankt-Peterburqdakı görüşünün müvəffəqiyyətlə başa çatacağı halda baza prinsipləri ilə bağlı anlaşılmazlıqların sayının sıfıra enəcəyinə dair fikirlərini şərh edərkən deyib.

Ermənistan prezidenti "Mediamaks" agentliyinin sualına mətbuat katibliyi vasitəsilə cavab verib.

"Mən bilmirəm amerikalı həmsədrin nikbinliyi hansı mənbədən qaynaqlanır. Danışıqlar prosesinin hazırkı vəziyyəti, habelə son iki ayda Azərbaycan tərəfinin məlum bəyanatları müsbət nəticə üçün olduqca az ümid saxlayır" - deyə Köçəryan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti