...

Qarabağ Forumunun təkliflər sənədi Azərbaycanın rəhbərliyinə ünvanlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə keçirilmiş Qarabağ Forumunun işçi qrupu "Qarabağ probomleminin həllinə dair təkliflər" adlı sənəd hazırlayıb. Sənəd Azərbaycan prezidenti İlham Əliyevə, Milli Məclisin spikeri Oqtay Əsədova və Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova ünvanlanıb. Bu barədə cümə axşamı Demokratiya Uğrunda İttifaqının həmsədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Xatırladaq ki, mayın 24-də Azərbaycanın müxalifət partiyalarının, politoloqların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən Qarabağ Forumunda işçi qrupu yaradıldı. İşçi qrupu tərəfindən hazırlanan sənəddə bildirilir ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının hansı prinsiplər çərçivəsində aparıldığı açıqlanmalıdır: "Ermənistandan Rusiya qoşunlarının çıxarılması məsələsi qaldırılmalıdır. Azərbaycan hakimiyyəti Qarabağ probleminin müddətli həlli proqramını qəbul etməlidir. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyinin də müddəti olmalıdır. Qarabağ və ərazi institutları yaradılmalıdır. Milli qüvvələr ABŞ, Rusiya, Fransa və İranın Ermənistana dəstəyinin dayandırılması üçün geniş kampaniyaya başlamalıdır. BMT Nizamnaməsinin təcavüzkar dövlətin öz adı ilə tanınması, sanksiyalar tətbiq olunması və bununla bağlı qonşu dövlətlərin məsuliyyətini nəzərdə tutan tələblər yerinə yetirilməlidir. Milli Məclisdə Qarabağ komissiyası yaradılmalıdır"-deyə sənəddə qeyd olunur.

Siyasi partiyaların Forumu bu qənaətdədir ki, Azərbaycan öz ordusuna real pul xərcləməli, lakin bunu təbliğ etməməli, hərbçilərin əməkhaqqı artırılmalıdır.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və 1992-ci ildən indiyədək işğalı altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkənin həmsədrlik etdiyi (ABŞ, Rusiya və Fransa) ATƏT-ın Minsk qrupu vasitəçilik edir. Azərbaycan rəhbərliyi Ermənistanla sülh danışıqlarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti