...

Kamal Abdulla: "Şuşa artıq ölü bir şəhərə çevrilib və orada heç bir həyat izləri yoxdur" (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Şuşa şəhəri artıq ölü bir şəhərə çevrilib,orada heç bir həyat izləri yoxdur. Bu barədə Trend ə açıqlamasında Dağlıq Qarabağ və Ermənsitandan səfərdən qayıtmış azərbaycanlı professor, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin başçılığı ilə bir qrup azərbaycanlı və erməni ziyalısı ATƏT-in xətti ilə iyunun 28-də Xankəndidə, Şuşada olub, buradan Ermənistana gedərək, Ermənistan prezidenti Robert Kəçəryanla görüşüblər.

Kamal Abdulla qeyd edib ki, Şuşada olarkən azərbaycanlılara aid Bülbülün güllələnmiş büstündən və doğulduğu evin dörd divarından başqa heç nəyə rast gəlməyiblər: "Biz Cıdır düzünə getmək istəyirdik, amma bizi aparmadılar. Başa düşdük ki, orada Vaqifin heykəli artıq yoxdur, dağıdıblar. Biz Şuşaya ən yaxın yolla - Ağdam ərazisindən keçib gedə bilərdik, amma bizi Ağdama buraxmadılar. Çünki Ağdam artıq yoxdur. Şuşada da həyat nəfəsi yoxdur" - deyə Kamal Abdulla qeyd edib.

Onun sözlərinə görə, erməni ziyalılarını isə Bakıda qorunub saxlanılan erməni kilsəsi ilə tanış ediblər. Erməni nümayəndələri kilsənin vəziyyətini, indiyədək orada qorunub saxlanılan erməni kitablarını öz gözləri ilə görüblər: "Erməni ziyalıları da başa düşdülər və fərqi gördülər ki, biz kilsəni necə saxlamışıq, onlar Azərbaycan məscidini necə saxlayıblar. Ermənilər Bakıya da həsədlə baxırdılar, Ermənistanın işğalçı siyasətinin heç bir uğur gətirmədiyini başa düşürdülər və bunu onların gözlərindən hiss edirdim" - deyə Kamal Abdulla qeyd edib.

Xəbər lenti

Xəbər lenti