...

Ermənistan XİN rəhbəri və ATƏT MQ-nin həmsədrləri Parisdə danışıqlar prosesini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2007 15:37 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycan tərəflərinin mövqeyinin yaxınlaşması və danışıqlar prosesi çərçivəsində gələcək addımlar ötən gün Parisdə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan və ATƏT-in Minsk qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya) və Bernar Fassiyenin (Fransa) görüşündə müzakirə olunub. Bu barədə "Novosti-Armeniya" xəbər yayıb.

Çərşənbə günü "Novosti-Armeniya" agentliyinin verdiyi xəbərə görə, Ermənistan XİN-in mətbuat və informasiya idarəsindən verilən məlumata görə, görüşdə iyunun 9-da Ermənistan və Azərbaycan prezidentləri Robert Köçəryan və İlham Əliyevin görüşü qiymətləndirilib.

Görüşdə həmçinin ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ABŞ Dövlət Departamentinin əməkdaşı Elizabet Rud iştirak edib.

Xəbər lenti

Xəbər lenti