...

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yanğınlar davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Avqustun 6-da saat 13.00-dan 17.00-dək ermənilər Füzuli rayonunun Aşağı Veysəlli kəndinin 2,5 km cənub-qərbində yerləşən otlaq sahələrini yandırıblar.

Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti