...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri Tərtər, Goranboy, Qazax və Ağdam istiqamətində atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər, Goranboy, Qazax və Ağdam istiqamətində atəşkəsi yenə də pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-ü və 15-də müxtəlif saatlarda Tərtərin Çaylı, Goranboyun Tapqaraqoyunlu kəndinin ətrafında yerləşən mövqelərindən, İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı və Məzəmli kəndlərini, həmçinin Ağdam rayonunun Başqərvənd, Acarlı kəndlərinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti