...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam və Goranboy istiqamətində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2007 11:29 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam və Goranboy istiqamətində atəşkəsi pozub, Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatda xəbər verilir.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun17-si və 18-də saat 22.30-dan 22.50-dək Ağdam rayonunun Nəmirli kəndinin 0,2 km cənub-şərqində yerləşən mövqelərindən və saat 23.30-dan 00.05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 1 km cənub-şərqində yerləşən mövqelərindən, saat 23.55-dən 00.05-dək həmin rayonun ərazisində yerləşən digər mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin başqa bir postundakı üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti