...

Azərbaycan Prezidenti İlham Əliyev müasir böyrəkköçürmə mərkəzinin yaradlması haqqında sərəncam imzalayıb

Siyasət Materials 21 Sentyabr 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAzərbaycan Respublikasında böyrək çatşmazlığı xəstəlikləri ilə bağlı ölkə əhalisinin hemodializ və müasir üsullarla böyrəkköçürmə əməliyyatına ehtiyaclarını nəzərə alaraq, Respublika Kliniki Uroloji Xəstəxanasında müasir böyrəkköçürmə mərkəzinin yaradılması və onun müvafiq diaqnostika avadanlıqları ilə təchiz edilməsi haqqında sərəncam imzalayb. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 6,0 (altı) milyon manat məbləğində vəsait ayrılacaq. Əsaslı təmir işlərinin başa çatdırılması və avadanlıqla təchiz edilməsi üçün, növbəti illərdə dövlət büdcəsindən vəsait ayrılması da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti