...

Müsavat Partiyasının prezidentliyə bir neçə namizədi ola bilər

Siyasət Materials 22 Sentyabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Müsavat Partiyasının üzvlərindən kim istəsə,prezidentliyə namizədliyini irəli sürə bilər və buna hər hansı qadağa qoyulmayıb, şənbə günü Trend ə açıqlamasında partiya Divanının üzvü Vurğun Əyyub bildirib. Onun sözlərinə görə, partiyanın səlahiyyətli qurumları "Müsavat"ın seçkilərə bir və yaxud bir neçə namizədlə gedəcəyini müəyyənləşdirəcək.

Azərbaycanda prezident seçkiləri gələn il oktyabrın 15-də keçiriləcək. Müsavat Partiyası seçkilərə qatılmaq iddiasındadır. Bununla bağlı, partiya Məclisinin qərarı olacaq.

Əyyub hesab edir ki, partiya bir namizədlə getməlidir və başqan İsa Qəmbərin namizədliyi dəstəklənməlidir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya parlamentdə beş deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti