...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi həyata keçirilib

Siyasət Materials 24 Sentyabr 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 24 sentyabr 2007-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300117S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişl 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 210 600 manat təşkil edib.

Sifariş 95.18% (gəlirlik 10.50%) qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.18% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 95.18% (gəlirlik 10.50%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən olunub.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 210 600 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 18 Mart 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti