...

Ilin sonuna qədər Azərbaycan prezidenti Polşaya səfər edəcək

Siyasət Materials 26 Sentyabr 2007 16:16 (UTC +04:00)
Ilin sonuna qədər Azərbaycan prezidenti Polşaya səfər edəcək

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ İlin sonuna qədər Azərbaycan prezidenti Polşaya rəsmi səfər edəcək. Bu barədə Varşavadan telefonla Azərbaycanın Polşadakı səfiri Vilayət Qliyev məlumat verib.

Varşavaya səfər təklifini Polşa prezidenti Lex Kaçinski Azərbaycanlı həmkarına ötən həftə ünvanlayıb.

Azərbaycan prezidentinin bu ölkəyə səfəri Polşa prezidentinin bu ilin martında Azərbaycana səfərinə cavab xarakteri daşıyacaq.

Səfir bildirib ki, yaxın zamanlarda tərəflər səfərə hazırlıqla bağlı işlərin görülməsinə başlayacaq.

"Azərbaycan prezidentinin Poşaya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında nöbvbəti addım ola bilər"- diplomat hesab edir.

Səfər zamanı ölkələr arasında, siyasi sahədən energetika əməkdaşlığına qədər, bir sıra məsələlərin müzakirə olunması nəzərdə tutulur. Tərəflər GUAM çərçivəsində konkret əməkdaşlıq sahələrini, enerji daşıyıcılarının diversifikasiyasını müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti