...

Azərbaycan prezidenti Bakıda keçirilən sərhəd məsələləri üzrə beynəlxalq konfransın iştirakçılarını qəbul edib

Siyasət Materials 26 Sentyabr 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Bakıda sərhəd məsələləri üzrə keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib. Prezident Əliyev konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, sərhəd təhlükəsizliyi məsələsinin müzakirəsi böyük əhəmiyyət daşıyır. Terrorun və bir çox digər təhlükələrin mövcud olduğu bir dövrdə sərhəd xidmətləri arasında əlaqələrin xüsusi əhəmiyyəti var. Ona görə də hər hansı bir potensial təhlükəyə qarşı çevik reaksiya və səylərin birləşdirilməsi çox mühümdür. Sərhəd məsələləri üzrə beynəlxalq konfransın sədri, Macarıstan Sərhəd Mühafizəsinin rəisi Yozef Bendek konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. O, sərhəd xidmətlərinin təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin mühüm rol oynadığını deyib.

Yozef Bendek konfransın "Qızıl ulduz"unu Prezident İlham Əliyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti