...

Dövlət Dumasının deputatı: "RF-də hökumət dəyişikliyi Azərbaycanla münasibətlərə təsir göstərməyəcək"

Siyasət Materials 27 Sentyabr 2007 13:13 (UTC +04:00)
Dövlət Dumasının deputatı: "RF-də hökumət dəyişikliyi Azərbaycanla münasibətlərə təsir göstərməyəcək"

Rusiya, Moskva / Trend müxbir R.Ağayev / "Rusiyada baş verən hakimiyyət dəyişikliyi daxili dəyişiklik olduğundan Azərbaycanla münasibətlərə və xarici siyasət kursuna təsir göstərməyəcək" - deyə Rusiya Dövlət Dumasının təhlükəsizlik komitəsinin sədri Gennadi Qudkov Trend ə bildirib.

Vladimir Putin sentyabrın 12-də baş nazir Mixail Fradkovun istefasını qəbul edib. Onu "Rosfinmonitorinq"in keçmiş rəhbəri Viktor Zubkov əvəz edib. Hökumətin özündə də dəyişikliklər baş verib. İqtisadi inkişaf naziri, səhiyyə və sosial inkişaf, regional inkişaf nazirləri öz postlarını tərk edib.

Qudkov hesab edir ki, RF hökuməti keçmiş səhiyyə naziri Mixail Zurabov kimi məşhur olmayan simadan xilas ola bilib. Deputat təəssüf hissi ilə qeyd edib ki, RF-də baş verən hakimiyyət dəyişikliyi sonacan həyata keçirilməyib, belə ki, Səhiyyə və Sosial İnkişaf nazirliklərində aparılacağı gözlənilən islahatlar baş tutmayıb. "Hakimiyyətdə baş berən dəyişikliklər gözlənilən ümidləri doğrultmadığı üçün onları islahat hesab etmək olmaz, bu, yalnız struktur xarakter daşıyır" - deyə Qudkov bildirib.

O qeyd edib ki, Zubkov hər cəhətdən özünü yaxşı göstərə bilib və bu, hökumətdə, onun işində öz əksini tapacaq. "Yeganə narahatedici məqam isə Zubkovun ailə əlaqələridir, belə ki, Rusiya hökumətində bir -biri ilə qohumluq əlaqələrinə malik olan ailələr mövcuddur. Mən hesab edirəm ki, bu düzgün yol deyil, baxmayaraq ki, peşəkarlıq şübhələrin yaranmasına imkan vermir" - deyə deputat bildirib.

Sonuncu dəfə Rusiyada hakimiyyət dəyişikliyi 2004-cü ildə baş verib. Putin 2004-cü il fevralın 24-də Mixayıl Kasanyovun hökumətini istefaya göndərib, bir həftədən sonra isə Dövlət Dumasına Fradkovun baş nazir postuna namizədliyini təqdim edib. Parlament Fradkovun namizədliyini martın 5-də təsdiq edib.

Xəbər lenti

Xəbər lenti