...

Azərbaycanın XİN başçısı ABŞ dövlət katibinin müavini ilə siyasi təhlükəsizlik məsələlərini müzakirə edəcək

Siyasət Materials 2 Oktyabr 2007 13:53 (UTC +04:00)
Azərbaycanın XİN başçısı ABŞ dövlət katibinin müavini ilə siyasi təhlükəsizlik məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı / Trend S.Ağayeva/ Xarici işlər naziri Elmar Məmmədyarov siyasət və təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələlərini çərşənbə günü Nyu-Yorkda ABŞ dövlət katibinin müavini Nikolas Bernslə müzakirə edəcək.

"Görüş XİN başçılarının BMT-nin 62-ci sessiyasında iştirakı çərçivəsində keçiriləcək" - deyə çərşənbə axşamı Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, görüşdə tərəflər enerji sahəsində əməkdaşlıq, regionda vəziyyət və digər məsələlərə diqqət ayıracaqlar.

İbrahimin verdiyi məlumata görə, səfər çərçivəsində dünən Azərbaycanın XİN başçısı Nyu-Yorkda Kosta Rika, Monqolustan, Uruqvaydan olan həmkarları ilə görüşüb. Bu gün Azərbaycan XİN başçısının avstriyalı nazirlə görüşü planlaşdırılıb. Məmmədyarov, həmçinin İKT XİN başçılarının görüşündə də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti