...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 4 Oktyabr 2007 03:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 3-də Bakı Fond Birjasında Milli Bankın 50104016S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 45 000 000 manat, hərraca çıxarılan həcm 40 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 45 539 200 manat təşkil edib.

Sifarişlər 99.48% (gəlirlik 6.72%) - 99.52% (gəlirlik 6.20%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.51% (gəlirlik 6.33%) orta ölçülmüş qiymət - 99.51% (gəlirlik 6.33%) səviyyəsində Milli Bank tərəfindən müəyyən olunub.

Notların nominal üzrə reallaşdırılmış həcmi 3 413 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 40 mln. manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 31 Oktyabr 2007-cı ildir.

Xəbər lenti

Xəbər lenti