...

MDB dövlət başçılarının məhdud tərkibdə görüşü başlanıb

Siyasət Materials 26 Sentyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir A. Qasımova/ MDB dövlət başçılarının məhdud tərkibdə görüşü başlanıb. Görüş iki saat davam edəcək . Düşənbədə MDB-nin sammiti başlanıb . Sammitdə Rusiya , Tacikistan , Bel f rus, Ermənistan , Qazaxıstan , Qırğızıstan , Özbəkistan , Türkmənistan , Gürcüstan , Azərbaycan , Moldova prezidentləri və Ukraynanın XİN rəhbəri iştirak edir .

Sammit hökumət iqamətgahında yerləşən "Somon" sarayının ikinci mərtəbəsinin ziyafət zalında keçirilir . Bu sarayda ötən ilin noyabr ayında üçüncü dəfə prezident seçilən Emoməli Rəhmonun andiçmə mərasimi baş tutub .

Məhdud tərkibli görüşdən sonra MDB-nin Dövlət Başçıları Şurasının geniş tərkibli iclası keçiriləcək . İclas birgə sənədlərin imzalanması və mətbuat konfransı ilə başa catacaq .

Sammitin bu gün üçün nəzərdə tutulmuş gündəliyində dayanan sonuncu məsələ Tacikistan prezidenti İmoməli Rəhmonun adından sammitin iştirakçılarının şərəfinə təşkil olunacaq rəsmi nahardır . Nahar "Koxi İstiklol " dövlət kompleksində baş tutacaq .

Şuranın gündəliyində dayanan əsas məsələ dövlətlərarası işçi qrup tərəfindən hazırlanan və razılaşdırılan MDB-nin gələcək inkişaf konsepsiyası və konsepsiyanın reallaşdırılması ilə bağlı əsas tədbirlər planının dövlət başçıları tərəfindən müzakirəsi və təsdiqi olacaq . İştirakçılar , həmçinin , miqrasiya sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər . Bundan əlavə , dövlət başçıları MDB məkanında təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsi məsələlərinə toxunmağı və bir sıra təşkilati məsələləri müzakirə etməyi planlaşdırırlar .

Xəbər lenti

Xəbər lenti